Oktyabrın 21-dən 25-dək Fransa paytaxtında keçiriləcək “Sial Paris” beynəlxalq ərzaq sərgisində ölkəmizdə istehsal olunan məhsullar da sərgilənəcək.
YeniAvropa xəbər verir ki, bu haqda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan(AZPROMO) məlumat verilib. Bildirilib ki, bu, Azərbaycan məhsullarının xarici ölkələrdə tanıdılması və “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə həyata keçirilən tədbirlərin davamıdır.
İqtisadiyyat Nazirliyinin və Fransadakı səfirliyimizin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay istehsalı ilə məşğul olan 23 Azərbaycan şirkəti “Made in Azerbaijan” vahid stendi ilə Paris şəhərində keçiriləcək “Sial Paris” beynəlxalq ərzaq sərgisində ölkəmizi təmsil edəcək.
Sərgi çərçivəsində yerli şirkətlərin nümayəndələri Fransada fəaliyyət göstərən kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distributorlarla görüşlərdə iştirak edəcək, potensial müştərilərlə ixrac məsələlərinə dair müzakirələr aparacaqlar.