İqtisadiyyat Nazirliyinin, Fransadakı səfirliyimizin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Fransanın Bordo şəhərində “La Cité du Vin” şərab muzeyi ilə AZPROMO arasında Azərbaycan şərablarının bu muzeydə sərgilənməsinə dair müqavilə imzalanıb.
YeniAvropa xəbər verir ki, imzalanmış müqaviləyə əsasən Azərbaycanın 11 şərab şirkətinin məhsulları 3 il müddətində “La Cité du Vin” şərab muzeyində təqdim və nümayiş olunacaq.