Oktyabrın 20-si Azərbaycanda Energetiklər Günüdür.
YeniAvropa xəbər verir ki, on dörd ildir ki, Azərbaycan energetikləri öz peşə bayramları gününü iftixarla qeyd edirlər. Bu gün ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisə ilə bağlıdır: 37 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku istifadəyə verilib, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub.
Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilib.