logo

Rəsədxanadan Ayı teleskopla müşahidə etməyə tələsin

20:39 19-10-2018 | icon 2821
Rəsədxanadan Ayı teleskopla müşahidə etməyə tələsin

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası oktyabrın 20-də Beynəlxalq Ay Müşahidəsi Günü çərçivəsində (hava şəraiti əlverişli olarsa) hər kəsi Rəsədxanaya Ayı teleskopla müşahidə etməyə dəvət edir.

YeniAvropa xəbər verir  ki, bu barədə Rəsədxanadan məlumat verilib.

Qeyd edilib ki, 2010-cu ildən başlayaraq hər il dünyada Beynəlxalq Ay Müşahidəsi Günü qeyd olunur. Məqsəd hər il bir gün Yer üzündə olan hər kəsi Ayı birlikdə müşahidə etməyə və öyrənməyə dəvət etməkdir.

Cari ildə bu hadisə dünyanın bir çox ölkələrində 800-dən artıq tədbirlə qeyd olunur.