logo

Badamdarda sürüşmə zonasında çatlar böyüyür

17:01 19-10-2018 | icon 2814
Badamdarda sürüşmə zonasında çatlar böyüyür

 Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında çatlar böyüyür və yaşayış sahələrinə yaxınlaşır. Eyni zamanda, sürüşmə kütlərinin qərb hissəsində yaranmış çatlarda nisbi də olsa, gözlə görülə biləcək artım müşahidə edilir. Yəni sürüşmə kütləsi üzərində gərginlik qalmaqdadır.

YeniAvropa xəbər verir  ki,  bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov sürüşmə zonasında keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda ölkədəki sürüşmə zonalarında aktivlik müşahidə olunur. Zığ qəsəbəsi, Masazırdakı “Zəli gölü” adlanan ərazidə, Abşeron rayonunun “At yalı” adlanan yaşayış massivindəki sürüşmə sahəsində aktivlik müşahidə olunur. Bu aktivlik Şamaxı, İsmayıllı rayonlarındakı sürüşmə sahələrində var. Bunlara Şamaxının Muğanlı kəndində, İsmayıllı yolunda və Bakı-Şamaxı-Yevlax yolunun 132-ci kilometrliyində olan gərginlik də aiddir. Burada müəyyən yerlərdə uçqun tipli sürüşmələr qeydə alınıb. Bundan əlavə, İsmayıllı rayonunun Lahıc inzibati ərazi vahidliyinə daxil olan Qoydan kəndində iki ay öncə sürüşmə olub. Bu sürüşmə də aktiv fazadadır və yaşayış evlərinin divarlarına çatıb. Bundan əlavə Lerikdə, Yardımlıda, Lerik yolunun bir neçə kilometrliyində uçqun tipli çökmə-sürüşmə hadisəsi baş verib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Bakının Səbail rayonunda, “Teleqüllə” ətrafında olan sürüşmədən sonra daha iki sürüşməyə meyilli zona aşkarlanıb. Sürüşmə zonasında tədqiqatlar aparılır və bu proses uzun çəkəcək. Prosesin baş verməsini və istiqamətini müəyyən etmək və onun qarşısını almaq üçün addımlar atılır. İlk növbədə, bu ərazinin elmi tədqiqat işləri aparıb, bunun səbəbini öyrənmək lazımdır.