Yeni "Minsk-Bakı" aviayareysi həftədə 4 dəfə uçuşlar edəcək
Oktyabrın 28-dən etibarən yeni Minsk-Bakı aviayareysi fəaliyyətə başlayır.
“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, bununla əlaqədar “Belavia Aviaşirkəti” ASC və “Azərbaycan Hava Yolları” (AZAL) yeni hava xəttinin birgə istismarı (kod-şerinq) haqqında ikitərəfli saziş imzalayıb.
Sazişə əsasən “Belavia Aviaşirkəti” Minsk-Bakı-Minsk reyslərini yerinə yetirən aviaşirkət qismində, “Azərbaycan Hava Yolları” isə marketinq tərəfdaşı qismində çıxış edəcək. Beləliklə, oktyabrın 28-dən etibarən bu marşrut üzrə reyslər Belarus hava şirkəti tərəfindən özünün В2 kodu və Azərbaycan aviadaşıyıcısının J2 kodu altında yerinə yetiriləcək.
Qış cədvəlinə keçməklə “Belavia” aviaşirkəti Bakıya uçuşların tezliyini həftədə 4 dəfəyə kimi artıracaq. Minskdən uçuşlar bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri yerli vaxtla saat 23:15-də, Bakıya eniş isə növbəti gün yerli vaxtla saat 03:35-də həyata keçiriləcək. Bakıdan uçuşlar çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri yerli vaxtla saat 04:35-də və Minskə eniş isə yerli vaxtla saat 07:10-da yerinə yetiriləcək.
“Belavia Aviaşirkəti” bizim çoxdankı və etibarlı tərəfdaşımızdır. Bakı-Minsk marşrutu üzrə birbaşa reyslərə hər iki ölkənin vətəndaşları və turistləri tərəfindən hər zaman tələbat olub. Əminəm ki, AZAL və “Belavia”nın birgə kod-şerinq reysləri qarşılıqlı səmərəli və uzunmüddətli əməkdaşlıq üçün əsas olacaq”, - deyə “Azərbaycan Hava Yolları” sərnişin aviaşirkətinin direktoru Cəmil Manizadə qeyd edib.
Minsk-Bakı-Minsk reysinin birgə istismarı haqqında imzalanmış saziş tranzit bazasının genişləndirilməsi, aviaşirkətlərin öz məhsullarını təşviq etmək üçün marketinq imkanlarının artırılması sayəsində Minsk və Bakı aeroportlarından tranzit ilə səyahət edən hər iki aviaşirkətin sərnişinləri üçün cəlbediciliyi xeyli artıracaq. Hər iki aviaşirkət iki ölkənin paytaxtlarının hava limanlarından istifadə edəcək tranzit sərnişinlərin əhəmiyyətli artımını planlaşdırır.
“Biz çoxdankı tərəfdaşımız “Azərbaycan Hava Yolları” aviaşirkəti ilə əməkdaşlığın davam etdirilməsi və xeyli genişləndirilməsinə çox şadıq. İnanırıq ki, bu əməkdaşlıq hər iki aviaşirkətin xeyrinə olacaq. Bu saziş sayəsində hər iki aviaşirkətin sərnişinləri səyahət üçün daha çox variant və imkanlar qazanacaqlar, həmçinin daha rahat transfer imkanından istifadə edə və daha cəlbedici qiymətə aviabilet əldə edə biləcəklər. Əgər əvvəllər “Belavia” və AZAL öz sərnişinlərinə Minsk və Bakı arasında həftədə iki dəfə uçuş təklif etmək imkanına malik idisə, indi hər iki aviadaşıyıcı həftədə dörd dəfə uçmaq imkanını təmin edəcək. Bundan əlavə, AZAL və “Belavia”nın birgə reysi Belarus və Azərbaycan arasında davamlı əlaqələri möhkəmləndirəcək”, - deyə “Belavia Aviaşirkəti” ASC-nin baş direktoru Anatoli Qusarov bildirib.
Sözügedən kod-şerinq reysi üzrə aviabiletləri hər iki tərəfdaş aviaşirkətin saytlarında – “Belavia.by” və “azal.az” saytlarında əldə etmək mümkün olacaq.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb