Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın mütəxəssisləri aparılan monitorinqin saat 12:00-a olan nəticəsini açıqlayıblar.
Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, sürüşmə sahəsinin üst hissəsində torpaq süxurlarının və xırda qaya parçalarının hərəkəti müşahidə edilib. Sonrakı saatlarda bu prosesin davam edəcəyi gözlənilir. Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində nisbi artım qeydə alınıb.