QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik fəaliyyəti və regionların sosial-iqtisadi inkişafında QHT-lərin rolu mövzusunda ictimai müzakirə keçirilib.
Əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
YeniAvropa xəbər verir ki, tədbiri açan rayon icra hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva Azərbaycanda qeyri-hökumət təşkilatlarının yaranmasının və ictimai sektorun möhkəmləndirilməsinin bilavasitə müstəqil Azərbaycan dövlətçiliyinin inkişafını şərtləndirən amillərdən biri olduğunu vurğulayıb.
Sonra QHT-lərə Dövlət Dəstəyi Şurasının 10 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov məruzə ilə çıxış edib. Bildirib ki, son illər Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi olaraq demokratikləşmə, vətəndaş hüquqlarının müdafiəsi, hüquqi dövlət quruculuğu, sosial problemlərin həlli, maarifləndirmə, dünyaya inteqrasiya, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə obyektiv çatdırılması və digər istiqamətlərdə fəaliyyətləri ilə böyük etimad və rəğbət qazanıb.
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov çıxışında ötən 10 ildə Şuranın təşəbbüsü ilə QHT qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan söz açıb.
Tədbirdə Şuranın dəstəyi ilə ərsəyə gələn “Qələbəyə gedən yol - Müsüslü döyüşləri” sənədli filmi haqqında da məlumat verilib. Rayonun Müsüslü kəndindən bəhs edən sənədli filmin nümayişi alqışlarla qarşılanıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb