İndiyədək Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz" qaz-kondensat yatağından 96,5 mlrd. kubmetr təbii qaz hasil edilib.
YeniAvropa xəbər verir ki, “BP Azerbaijan” şikətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən III İAEE "Xəzər və Mərkəzi Asiya Regionunda Enerji Sektorunda Qlobal Dəyişikliklərin təsiri" konfransında bildirib.
Onun sözlərinə görə, "BP" və tərəfdaşları bu vaxtadək Azərbaycandakı layihələrə 70 mlrd. dollardan çox sərmayə yatırıb.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.
Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.