logo

İndiyədək "Azəri-Çıraq-Günəşli"dən 3,5 milyard barrel neft çıxarılıb

11:26 19-10-2018 | icon 2765
İndiyədək "Azəri-Çıraq-Günəşli"dən 3,5 milyard barrel neft çıxarılıb

Bu vaxtadək Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 3,5 milyard barrel neft hasil olunub.

YeniAvropa xəbər verir  ki, bu barədə “BP Azerbaijan” şitkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən III Avrasiya Konfransında deyib.

“BP Azerbaijan”ın rəsmisi əlavə edib ki, indiyədək AÇG-dən, həmçinin ümumilikdə 30 milyard kubmetrdən çox səmt qazı Azərbaycan hökumətinə təhvil verilib.