Oktyabrın 19-da Bakıda “Xəzər və Mərkəzi Asiya regionunda enerji sektorunda qlobal dəyişikliklərin təsiri” mövzusunda III Avrasiya Konfransı öz işinə başlayıb.
YeniAvropa xəbər verir ki, Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyasının (IAEE) prezidenti Deyvid Knapp konfransın IAEE və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə keçirildiyini deyib.
Energetika Nazirinin müavini Samir Vəliyev isə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən neft-qaz layihələrindən, ölkəmizin Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə qurulan OPEC+ formatındakı əməkdaşlığın əhəmiyyətindən danışıb.