logo

2 sığorta şirkətinin, 13 sığorta agentinin lisenziyaları ləğv edilib

17:11 18-10-2018 | icon 2765
2 sığorta şirkətinin, 13 sığorta agentinin lisenziyaları ləğv edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə 2 sığorta şirkətinin və 13 nəfər sığorta agentinin lisenziyaları ləğv edilib, 8 nəfərə isə yeni lisenziyalar verilib.

YeniAvropa xəbər verir  ki, Palatanın mətbuat xidmətindən bildiriblər ki, təkrarsığorta və sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın könüllü qaydada ləğv edilməsi barədə daxil olan müraciətlər əsasında “İpək Yolu Sığorta” ASC və “Azərbaycan Sənaye Sığorta” ASC-nin və 5 nəfər sığorta agentinə verilmiş lisenziyalar ləğv edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarı ilə fəaliyyəti barədə rüblük hesabatları təqdim etməyən şəxslərin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları 3 (üç) ay müddətinə dayandırılıb. Həmin tarixdən etibarən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmaması ilə əlaqədar 8 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.

Palatanın idarə heyətinin eyni qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən 8 nəfər sığorta agentinə lisenziyalar verilib.