Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında Sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, sərəncama əsasən, 2018-ci il noyabrın 1-dən AMEA-nın həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat, müxbir üzvlərinin aylıq rütbə maaşları isə 1200 manat məbləğində müəyyən edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.