logo

SOCAR indiyədək “Neft Daşları”ndan 175 milyon tonadək neft çıxarıb

15:38 17-10-2018 | icon 2982
SOCAR indiyədək “Neft Daşları”ndan 175 milyon tonadək neft çıxarıb

İstismara başlandığı vaxtdan indiyədək  “Neft Daşları” yatağından 175 milyon tonadək neft-kondensat, 79 milyon kubmetrə yaxın təbii qaz çıxarılıb.

YeniAvropa xəbər verir  ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, indiyədək “Neft Daşları” yatağı üzrə qazılan 1916 quyudan 175 milyon tona yaxın neft-kondensat, 79 milyon kubmetrədək qaz hasil edilib.