Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 16-sı axşamdan 17-si səhərədək Bakıda və Abşeron yarımadasında, bəzi şimal və şərq rayonlarında yağış yağıb.
Departamentdən YeniAvropa-ya bildiriblər ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-27, Astarada 4, Neftçala, Göyçay, Şamaxıda 0,4-1 millimetr olub.