logo

Badamdarda sürüşmə sahəsində uçqun baş verib

20:16 16-10-2018 | icon 2520
Badamdarda sürüşmə sahəsində uçqun baş verib

Badamdar-20-ci sahə şosesində sürüşmənin aktiv fazaya keçməsi uçqunların baş verməsi ilə müşayiət olunur. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSMX) əməkdaşları bu gün ərazidə tədqiqat aparan zaman evlərdən birinin hasarı uçub.

YeniAvropa xəbər verir  ki, bu barədə  RSMX-dən məlumat verilib.

Xatırladaq ki, oktyabrın 12-dən başlayaraq, RSMX-nin əməkdaşları ərazidə profillər üzrə bir neçə istiqamətdə tədqiqatlar aparırlar. İlkin nəticələrə görə, sürüşmə prosesi hələlik aktiv fazada qalır və yeni uçqunların başvermə ehtimalı yüksəkdir.

Aparılan işlərin nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.