logo

Novruz bayramında 7 gün geyri-iş günü olacaq

11:47 04-01-2018 | icon 2289
Novruz bayramında 7 gün geyri-iş günü olacaq

Bu il Novruz bayramında qeyri-iş günləri məlum olub. YeniAvropa xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart  tarixləri Novruz bayramı olduğu üçün qeyri-iş günləri hesab olunurlar. Lakin Əmək Məcəlləsinə görə,, 24 mart tarixi şənbə gününə düşdüyü üçün 26 mart tarixi də qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında düz 7 gün qeyri-iş günü olacaq.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib. Qərara əsasən beşgünlük iş həftəsində 26 mart istirahət günü göstərilib.