logo

İlham Əliyev Qaxda yol tikintisinə 15,1 milyon manat ayırdı

19:01 16-10-2018 | icon 2891
İlham Əliyev Qaxda yol tikintisinə 15,1 milyon manat ayırdı

Prezident İlham Əliyev oktyabrın 16-da “Qax rayonunun Qax–Qıpçaq–Ağyazı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki,  dörd min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qax–Qıpçaq–Ağyazı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.