"Bakcell" ilin sonunadək 400-ə yaxın yeni 4G baza stansiyası istifadəyə verəcək
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti bu ilin sonunadək ölkə ərazisində 400-ə yaxın yeni 4G baza stansiyası istifadəyə verəcək.
YeniAvropa xəbər verir ki, şirkət 2018-ci il ərzində mobil internet xidmətlərini ölkənin regionlarına doğru genişləndiriməyə davam edib. İl ərzində istifadəyə verilmiş 380 LTE (4G) stansiyasından 120-si ölkənin müxtəlif bölgələrində quraşdırılıb. Bunun sayəsində “Bakcell”inyüksək keyfiyyətli 4G xidməti artıq Bakı və Abşeron yarımadası ilə yanaşı, Azərbaycanın 40-a yaxın region və şəhər mərkəzində mövcuddur.
Bu gün "Bakcell" istifadəçiləri ümumilikdə 7000-dən çox baza stansiyası vasitəsilə ölkənin ən etibarlı, ən sürətli və ən iri mobil şəbəkəsininbütün üstünlüklərindən tam şəkildə yararlanmaq imkanına malikdirlər. Bundan əlavə, əhatə dairəsi və şəbəkə həcmi baxımından ölkənin ən böyük 4G (LTE) şəbəkəsi “Bakcell”ə məxsusdur. Şirkətin 1300-dən çox LTE baza stansiyası ilə saniyədə 225 meqabitə qədər sürəti dəstəkləyən 4G şəbəkəsi gündən-günə genişlənir.
"Bakcell" öz şəbəkəsinin etibarlılığını və sabitliyini təmin etmək üçün şəbəkə infrastrukturunun təkmilləşdirilməsi istiqamətindəmüntəzəm olaraq tədbirlər görür.Nəticədə, abunəçilər ən yüksək keyfiyyətli və etibarlı mobil zəng və internet xidmətinin üstünlüklərindənyararlanırlar.
“Bizim gördüyümüz işlərə yerli və beynəlxalq səviyyədə yüksək qiymət verilir. Bu yaxınlarda Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Dünyada tanınmış “Ookla” şirkəti tərəfindən təsdiq edilib ki, Bakcell şəbəkəsi ölkədə ən yüksək orta yükləmə sürəti və ən aşağı gecikmə müddətinə (latency time) malikdir. Mobil şəbəkələrin sınaq və təhlili sahəsində dünyanın ən nüfuzlu qurumu tərəfindən toplanmış bu məlumat Azərbaycandakı istifadəçilərin 18.000 ayrı-ayrı unikal cihaz vasitəsilə həyata keçirdiyi 80.000 sınaq (Speedtest platforması üzərindən) əsasında formalaşıb”, -deyə "Bakcell"in baş icraçı direktoru Nikolai Beckers bildirib.
"Bakcell" özünün yüksək keyfiyyətli mobil şəbəkəsinin modernizasiyası və əhatə dairəsinin genişləndirilməsi istiqamətində geniş miqyaslı işlərin həyata keçirilməsini davam etdirir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb