Neft Fondunun investisiya portfelinin 68,73 faizi inkişaf etmiş ölkələri əhatə edir
Cari il sentyabrın 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 38,43 faizi Avropa, 27,14 faizi Asiya-Sakit Okean, 23,62 faizi Şimali Amerika, 2,74 faizi Avstraliya-Yeni Zelandiya, 0,8 faizi Yaxın Şərq, 0,06 faizi Cənubi Amerika və 7,21 faizi isə beynəlxalq maliyyə qurumları təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in 2018-ci ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.
Hesabat dövründə Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə 68,73 faizi inkişaf etmiş ölkələr, 24,06 faizi inkişaf etməkdə olan ölkələr və 7,21 faizi beynəlxalq maliyyə təşkilatları təşkil edib.