Bu il sentyabrın 30-u tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində 19 milyard 486,5 milyon ABŞ dolları (50 faiz), 11 milyard 370 milyon avro (34 faiz), 1 milyard 470,1 milyon funt-sterlinq (4,9 faiz), 328,4 milyon Avstraliya dolları (0,6 faiz), 1 milyard 542,5 milyon Türkiyə lirəsi (0,7 faiz), 19 milyard 57,9 milyon Rusiya rublu (0,8 faiz), 199 milyard 350 milyon Koreya vonu (0,5 faiz), 3 milyard 339,4 milyon Çin yuanı (1,2 faiz), 67 milyard 890,1 milyon Yaponiya yeni (1,5 faiz), 580,6 milyon digər valyutalar (1,5 faiz), 1 milyard 694 milyon (4,3 faiz) isə qızıl (1 431 302 troy unsiyası - 44,52 ton) təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in 2018-ci ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.