logo

Cari ildə Bakı–Tbilisi–Ceyhan kəməri ilə 25,1 milyon ton neft göndərilib

17:21 16-10-2018 | icon 3017
Cari ildə Bakı–Tbilisi–Ceyhan kəməri ilə 25,1 milyon ton neft göndərilib

Bu ilin 9 ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 30 milyon 881,7 min ton neft nəql olunub. Nəqletmənin 81,5 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib. Yanvar-sentyabr ayları ərzində bu kəmər vasitəsilə 25 milyon 153,8 min ton neft ötürülüb. Doqquz ayda BTC ilə 4 milyon 785,8 min ton tranzit nefti də nəql edilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.