Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 16 milyard 806,1 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, 3 rübdə qaz nəqlinin 34,4 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 5 milyard 785,6 milyon kubmetr təbii qaz göndərilib.