logo

BŞİH Badamdardakı sürüşmə ərazisindəki tikililərlə bağlı açıqlama yayıb

13:49 16-10-2018 | icon 2534
BŞİH Badamdardakı sürüşmə ərazisindəki tikililərlə bağlı açıqlama yayıb

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Badamdardakı sürüşmə ərazisindəki tikililərlə bağlı açıqlama yayıb.

BŞİH-dən YeniAvropa-ya bildiriblər ki, Badamdar qəsəbəsi, Badamdar şosesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasinda yerləşən mövcud tikililər əsas etibarilə keçən əsrin 90-cı illərində inşa edilmiş fərdi yaşayış evləridir. Tikildikdən sonra bu evlər vətəndaşlar tərəfindən rəsmiləşdirilib.

Lakin yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud landşafı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır.

Məlumat üçün bildiririk ki, Badamdar sürüşmə zonasında əksəriyyətində yaşayış olmayan 11 fərdi ev var. Burada yaşayan sakinlər köçürülüb və ərazidəki iki obyektin fəaliyyəti dayandırılıb.