logo

Şamaxı və Ağsuda zəlzələlər qeydə alınıb

11:23 16-10-2018 | icon 2513
Şamaxı və Ağsuda zəlzələlər qeydə alınıb

Oktyabrın 16-da Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yerli vaxtla saat 04:27:58-də baş vermiş yeraltı təkanların gücü 3,3 bal təşkil edib.

Ocağı 10,2 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

 Seysmoloji Xidmət Mərkəzindən verilən digər bir məlumatda isə qeyd olunub ki, bu gün, oktyabrın 16-da Qobustan stansiyasından 26 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb.Zəlzələ yerli vaxtla saat 08:27:57-də baş verib, yeraltı təkanların gücü 3,4 bal təşkil edib.

Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.