Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ən çox məhsul idxal etdiyi ilk üç ölkənin adı açıqlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən YeniAvropa-ya bildirilib ki, yanvar-sentyabr aylarında idxalda əsas ölkələrin siyahısında ilk sırada Rusiya olmaqla, Türkiyə və Çin qərarlaşıb. Rusiyadan idxal 1 milyard 251 milyon 870 min ABŞ dolları, Türkiyədən 1 milyard 123 milyon 291 min dollar, Çindən isə 813 milyon 861 min dollar dəyərindədir.