“Microsoft” şirkətinin həmtəsisçisi Pol Allen bazar ertəsi günortadan sonra Siettl şəhərində qeyri-Hodgkin lenfoması xəstəliyinin ağırlaşmasından 65 yaşında vəfat edib.
YeniAvropa xəbər verir ki, oktyabrın 2-də “Seattle Seahawks” futbol və “Portland Trail Blazers” basketbol komandalarının sahibi olan Allen 2009-cu ildə müalicə aldığı qeyri-Hodgkin lenfoması xəstəliyinin yenidən baş qaldırdığını bildirmişdi.
Allenin ölümü ilə bağlı “Microsoft”un digər həmtəsisçisi Bill Qeyts və başqa şirkət rəhbərləri onun ailəsinə başsağlığı veriblər.