QHT-lərə Dövlət Dəstəyi Şurası xarici ölkələrdə 250-dən çox layihəni maliyyələşdirib
Bu gün Azərbaycanda bütün sahələrdə müşahidə edilən dinamik inkişaf ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) da üzərinə bir sıra mühüm vəzifələr qoyur. QHT-lər müasir inkişafın tələbləri ilə ayaqlaşmağı bacarmalı, ictimaiyyətlə əlaqə işini gücləndirməlidir.
YeniAvropa xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubileyi münasibətilə oktyabrın 15-də Şəkidə keçirilən tədbirdə səsləndirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında keçirilən tədbirdə Şuranın rəsmiləri, rayonda fəaliyyət göstərən QHT-lərin nümayəndələri, filialın müəllim və tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən Şəki şəhər İcra Hakimiyyəti aparatının şöbə müdirinin müavini Sadiq Yusifov QHT-lərin ölkənin ictimai həyatındakı rolundan danışıb, Şuranın regionlarda da yerli icra qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri qurduğunu diqqətə çatdırıb.
Sonra Şuranın 10 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü, həmçinin regionların sosial-iqtisadi inkişafında QHT-lərin rolu barədə məruzəsi dinlənilib.
Qurumun rəsmisi bildirib ki, Şuranın yaranması ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin yüksək inkişaf səviyyəsini bütün dünyaya nümayiş etdirən ciddi amillərdən biridir. Şuranın yaradılması Azərbaycanda vətəndaş cəmiyyətinin milli əsaslarının möhkəmləndirilməsi, onun xarici donor asılılığından qurtarılmasının başlanğıcı idi. Demokratiya yolunda inamla addımlayan ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi və onların fəaliyyətinin müasir beynəlxalq standartlar səviyyəsində tənzimlənməsi dövlətin əsas prioritetlərindəndir.
Diqqətə çatdırılıb ki, 10 illik fəaliyyəti dövründə Şura qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün cəmiyyətdə böyük ictimai səfərbərlik işi aparıb. Ötən müddətdə dövlət qeydiyyatına alınmış QHT-lərin sayı bir neçə dəfə artıb, onların institusional inkişafı üçün zəruri tədbirlər görülüb. Bu illər ərzində Şuranın maliyyələşdirdiyi minlərlə layihə çərçivəsində ictimai əhəmiyyət kəsb edən bir çox problemlər həllini tapıb. Cəmiyyətin ayrı-ayrı sahələrini əhatə edən dövlət proqramlarına fəal ictimai dəstək təmin edilib.
Bu gün yüzlərlə QHT-nin öz fəaliyyətini məhz milli maraqların müdafiəsi və təşviqi sahəsində qurmaqla Şuranın maddi, mənəvi və təşkilati dəstəyini qazandığını vurğulayan Fərasət Qurbanov deyib: “Azərbaycanın milli maraqlarının təminatı və ölkəmiz haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması işində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həyata keçirdiyi siyasətə ictimai dəstək vermək məqsədilə Şura xarici ölkələrdə 250-dən çox layihə maliyyələşdirib. Bu layihələr çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün həyatı və taleyi, Xocalı soyqırımının dəhşətləri haqqında məlumatlar müxtəlif ölkələrə yayılıb. Avropa universitetlərində Qarabağ guşələri yaradılıb, Azərbaycanın dövlət müstəqilliyi dövründə üzləşdiyi ən böyük problem - ərazi bütövlüyünün pozulması ilə bağlı filmlər çəkilib, kitablar yazılıb. Şuranın dəstəyi ilə milli QHT-lər BMT-də, Avropa Parlamentində, Avropa Şurasında, ATƏT-də, ayrı-ayrı dövlətlərin parlamentlərində Azərbaycanla bağlı hesabatların təqdimatında, dinləmə və müzakirələrdə ölkəmizi layiqincə təmsil edirlər”.
Katibliyin icraçı direktoru bildirib ki, ötən dövrdə Şura ölkə QHT-ləri üçün təkcə milli donor deyil, həm də etibarlı tərəfdaş və əlaqələndirici mərkəz rolunda çıxış edib.
Çıxışının sonunda Fərasət Qurbanov Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, demokratik dəyərlərin qorunmasına və QHT-lərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə ictimai sektor adından dərin minnətdarlığını bildirib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb