logo

Badamdar sürüşmə sahəsində gərginlik davam edir

13:07 15-10-2018 | icon 2380
Badamdar sürüşmə sahəsində gərginlik davam edir

Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir. Lakin sürüşmə sahəsində vizual dəyişiklik qeydə alınmayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi və yaradılmış qərargahın üzvü Kamran Nəsibov məlumat verib.

Onun sözlərinə görə, ərazinin üst hissəsindəki evlərin hasarlarına qoyulmuş gips mayaklarda dəyişiklik müşahidə olunmayıb.