logo

Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi artıb

12:37 14-10-2018 | icon 2646
Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi artıb

Cari ilin 9 ayında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 4 milyon 283 min dollardan çox olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yarım milyon dollardan çoxdur.

YeniAvropa xəbər verir  ki, bu barədə Moldova Respublikasının Milli Statistika Bürosu məlumat yayıb.

Məlumata görə, hesabat dövründə Azərbaycan Moldovadan 3 milyon 903 min 52 dollardan çox dəyərdə məhsul idxal edib. Moldovadan Azərbaycana isə 400 min dollara yaxın dəyərdə məhsul idxal olunub.