Rüfət Aslanlı 150 min dollarlıq maşında işə gəlirmiş
23:17 13-10-2018
|
6216
Maliyyə Bazarlarına Nəzarət Palatanın başçısı Rüfət Aslanlının işə xüsusi mühafizə dəstəsinin müşayəti ilə dəlməsinin görüntüləri yayılıb.
YeniAvropa xəbər verir ki, videodan görünür ki, Rüfət Aslanlı öz 10 SN 003 nömrəli göy idman “Porsche”sində idarənin həyətinə necə girir. Avtomobilin dəyəri 150 min dollara yaxındır. Özü də bu vaxt onu, xüsusi əhəmiyyətli adam kimi, hökumət nömrəli “Range Rover” müşayiət edir. Rüfət Aslanlı öz “sportkar”ından çıxır və dərhal polis ona, sanki generalı qarşılayırmış kimi, hərbi salam verir.
Müşayiət maşınından bir nəfər düşür, Rüfət Aslanlıdan “sportkar”ın açarını götürür və bundan sonra məmur binaya daxil olur. Müşahidə kamerasının kadrları Siciliya mafiyasının bossları haqda hansısa hollivud blokbasterinin süjetini xatırladır.(Virtualaz.org)