Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
YeniAvropa xəbər verir ki, bu haqda Dövlət Gömrük Komitəsindən bildirilib. Qeyd edilib ki, yanvar-sentyabr aylarında ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixrac 3 milyard 842 milyon 259 min ABŞ dolları, Türkiyəyə 1 milyard 256 milyon 995 min dollar, İsrailə isə 1 milyard 791 min dollar dəyərindədir.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 4 milyard 85 milyon 961 min ABŞ dolları, Türkiyə ilə 2 milyard 380 milyon 287 min dollar, Rusiya ilə isə 1 milyard 694 milyon 926 min dollar dəyərində olub.