logo

Azərbaycan, Rusiya və İran enerji sistemlərinin birləşdirilməsinə dair işçi qrupun ilk iclası keçirilib

14:48 13-10-2018 | icon 2912
Azərbaycan, Rusiya və İran enerji sistemlərinin birləşdirilməsinə dair işçi qrupun ilk iclası keçirilib

Moskvada Azərbaycan, Rusiya və İran enerji sistemlərinin birləşdirilməsi üzrə üçtərəfli işçi qrupun ilk iclası keçirilib. YeniAvropa xəbər verir  ki, iclasa Rusiya energetika nazirinin müavini Anatoli Yanovski sədrlik edib.

RF Energetika Nazirliyindən verilən məlumata görə, iclasda Azərbaycan nümayəndə heyətinə energetika nazirinin müavini Natiq Abbasov, İran nümayəndə heyətinə isə energetika nazirinin müavini Homayun Xayeri rəhbərlik edib.

Danışıqların əsas mövzusu üç ölkənin enerji sistemlərinin birləşdirilməsinin texniki-iqtisadi əsaslandırılması layihəsinin ümumi modelinin və əsas aspektlərinin razılaşdırılması məsələsi olub. İclasın yekunlarına əsasən tərəflər bu qənaətə gəliblər ki, əlaqədar tərəflər üç ölkənin birləşdirilmiş enerji şəbəkəsində elektrik enerjisi ticarətinə dair konkret təkliflər hazırlanmasını sürətləndirməli və 2019-cu ildə İrana sınaq rejimində elektrik enerjisi göndərilməsi imkanını nəzərdən keçirməlidirlər.