logo

Türkiyəli ekspert Bakıda sığortaçılara ölkəsinin sığorta bazarı haqqında danışıb

17:22 12-10-2018 | icon 2485
Türkiyəli ekspert Bakıda sığortaçılara ölkəsinin sığorta bazarı haqqında danışıb

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə Türkiyə Sığorta İnstitutu Vəqfinin sığorta şirkətləri ilə görüş keçirilib.

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, görüşdə geniş təqdimatla çıxış edən Türkiyə Sığorta İnstitutu Vəqfinin eksperti Mehmet Muratoğlu Türkiyə sığorta bazarı haqqında qısa məlumatdan sonra Azərbaycan sığorta bazarı ilə oxşar cəhətləri barədə danışıb. Daha sonra sığorta sektoru üçün keçirilən təlim metodologiyasından bəhs edib.

Bildirib ki, təlimlər sığorta şirkətlərində ən aşağı vəzifə tutan şəxslərdən tutmuş rəhbər şəxslərə qədər müxtəlifliyi ilə fərqlənir. Həmçinin, bu təlimlər şirkətlərə görə də fərqlidir. Ekspert qeyd edib ki, təlim proqramları hazırlanması üçün onların sığorta bazarı ilə yaxından tanışlığı zəruridir. Proqramlar hər şirkət üçün fərdi olaraq hazırlanır. Bu, şirkətin idarəçilik forması, fəaliyyət istiqamətləri, satışı həyata keçirilən sığorta növləri, əməkdaşların sayı və s. faktorlarla səciyyələnir. Sığortaçılar üçün nəzərdə tutulan təlimlər təkcə sığorta sahəsi üzrə biliklərlə məhdudlaşmır, eyni zamanda, liderlik, müştəri məmnuniyyəti, davranış qaydaları və s. digər sahələri əhatə etdiyi bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Sığortaçılar Assosiasiyası nəzdində yaradılmış təlim üzrə işçi qrupunda sığorta sahəsi üzrə nəzərdə tutulan təlim-tədris fəaliyyətinin istiqamətləri müzakirə edilib. Həmçinin, assosiasiya tərəfindən PSS – Peşəkar Sığortaçı Sertifikasiyası imtahanı, Cİİ – İF3 – Anderraytinq üzrə təlimlərə başlanılıb.