"Bakcell" Enerji və İKT üzrə Alman-Azərbaycan biznes-forumunun keçirilməsinə dəstək göstərib
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" oktyabrın 9-da Bakıda keçirilmiş Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan biznes-forumunun sponsoru olub.
YeniAvropa xəbər verir ki, Forum Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi (Ost-Ausschuss – Osteuropaverein der Deutschen Wirtschaft e.V.) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Bu ilki tədbirin əsas mövzuları enerji və İKT sektorunda islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil edib. Forumun əsas məqsədi Alman şirkətləri və onların Azərbaycanlı tərəfdaşlarının Enerji və İKT sahələri üzrə layihə və təkliflərini təqdim etmək və işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etmək olub.
Tədbirdə Azərbaycan hökumətinin rəsmiləri, yerli biznes mühitinin yüksək vəzifəli nümayəndələri, Almaniyanın Azərbaycandakı Səfirliyinin və aparıcı alman şirkətlərinin nümayəndələri iştirak edib. Qonaqlar enerji sektorunda innovasiyalar və iqtisadi islahatlar sahəsində İKT-nin hərəkətverici qüvvəsi barədə panel müzakirələrində iştirak edib.
Qeyd edək ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasının 2018-ci ildən üzvü olan "Bakcell" şirkəti palatanın əməkdaşlıq və partnyorluq münasibətlərinin stimullaşdırılması və həmçinin Azərbaycanda ümumi biznes mühitinin inkişaf etdirilməsi sahəsində təşkil etdiyi tədbir və təşəbbüslərinə fəal şəkildə dəstək göstərir.
Artıq 20 ildən çoxdur ki Azərbaycanda fəaliyyət göstərən "Bakcell" şirkəti hazırda müxtəlif sahələri təmsil edən 3500-dən artıq korporativ müştəriyə xidmət edir. "Bakcell" ölkə iqtisadiyyatının bir çox sektoru üzrə ən böyük korporativ telekommunikasiya xidmətlərinin təminatçısıdır. Şirkət Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri ən yüksək keyfiyyətli telekommunikasiya həlləri ilə təmin edir. “Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara mobil telekommunikasiya sahəsində istənilən növ xidməti göstərməyə hazırdır. "Bakcell" özünün korporativ abunəçilərinə təhlükəsiz və etibarlı rabitə təqdim etməklə daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərməklə ölkə iqtisadiyyatın və ümumi biznes sektorunun inkişafına töhfə verir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb