logo

Lənkəran dəmir yolu vağzalının köçürülməsinə gələn il başlanılacaq

12:51 12-10-2018 | icon 2968
Lənkəran dəmir yolu vağzalının köçürülməsinə gələn il başlanılacaq

Bakı-Lənkəran dəmir yolunun köçürülməsi və yenidən tikilməsinə gələn il başlanılacaq.

YeniAvropa xəbər verir  ki,  bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu ilin sonunadək Bakı-Lənkəran dəmir yolunun yenidən tikilməsi və köçürülməsinin layihələndirilməsi başa çatacaq. Layihələndirmə Türkiyə şirkəti tərəfindən aparılır. Yolun yenidən tikilməsi və köçürülməsi Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyəti ilə bağlıdır.