Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 21 milyon 945 min 925 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib. Doqquz ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 11 milyard 588 milyon 26 min ABŞ dolları olub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, ötən ilin 3 rübündə Azərbaycandan 15 milyon 381 min 808 ton xam neft ixrac olunub, ixrac edilən neftin dəyəri 5 milyard 883 milyon 465 min dollar təşkil edib.