Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətdə dəyişib.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,69 dollar azalaraq 82,45 dollar təşkil edib.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,92 dollar artaraq 81,18 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,68 dollar bahalaşaraq 71,65 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.