Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Cəlilabad rayonunda keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satmaq istəyən şəxs cinayət başında yaxalanıb.
Araşdırmalar nəticəsində onun əvvəllər də məhkum edilmiş, Xəlilabad kənd sakini Nemət Əsədullayev olduğu müəyyənləşib.
N.Əsədullayevin satmaq istədiyi narkotik vasitənin çəkisi bir kiloqramdan çox tiryək olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.