logo

“Lifttəmir” İstehsalat Birliyinə yeni  baş direktor təyin edilib

17:53 10-10-2018 | icon 2898
“Lifttəmir” İstehsalat Birliyinə yeni  baş direktor təyin edilib

Bakı şəhər İcra Hakimiyyətində (BŞİH) növbəti kadr təyinatları olub.

YeniAvropa xəbər verir  ki, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun imzaladığı əmrlə Xalid Tağı oğlu Ələkbərov “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru təyin edilib.

Qeyd edək ki, Xalid Ələkbərov  bundan əvvəl BŞİH-in Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Eldar Əzizovin imzaladığı digər əmrlə isə Ayaz Hüseynov Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib. 

Xatırladaq ki, BŞİH-in tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov az əvvəl vəzifəsindən azad olunub. Onun barəsində Cinayət Məcəlləsinin üç - 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.