logo

Paytaxtda daha bir marşrut xəttinə yeni avtobuslar buraxıldı

14:07 03-01-2018 | icon 1799
Paytaxtda daha bir marşrut xəttinə yeni avtobuslar buraxıldı

Bakı Nəqliyyat Agentliyi (BNA) marşrut xətlərinin optimallaşdırılması tədbirləri çərçivəsində paytaxtda daha bir müntəzəm marşrut xətti sərnişinlərin istifadəsinə verilib. Bu barədə YeniAvropa-ya  Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verilib.

BNA rəsmisi bildirib ki, artıq  bu gündən 133 nömrəli müntəzəm marşrut xətti üzrə sərinişinlərimizə yeni avtobuslar xidmət edir: "Hazırda bu marşrut xəttinin də kart sisteminə keçidi istiqamətində işlər aparırlır. 2017-ci ildə "Çinar Trans" MMC tərəfindən paytaxta ümumilikdə 65 ədəd yeni avtobus gətirilib. Bu il də 85 ədəd avtobusun gətirilməsi nəzərdə tutulub."