logo

Bakı-Sumqayıt yolunda ağır avtoqəzada 1 nəfər ölüb

12:52 10-10-2018 | icon 4592
Bakı-Sumqayıt yolunda ağır avtoqəzada 1 nəfər ölüb

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai-Sonata" markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələr çırpılıb.

YeniAvropa xəbər verir  ki, hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.

Qəza Bakı-Sumqayıt yolunda tıxaca səbəb olub.

Xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur. Qəza zamanı avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur.

Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub.(“Report”)