Moskvada keçiriləcək “Qızıl payız” XX Rusiya aqrosənaye sərgisində Azərbaycan da təmsil olunacaq.
YeniAvropa xəbər verir ki, oktyabrın 10-da Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində açılacaq sərgidə Azərbaycan da öz ekspozisiyasını təqdim edəcək.
15 xarici ölkənin, o cümlədən Çin, İrlandiya, Türkiyə, İtaliya, Almaniya, İspaniya, Avstriya, Niderland, Qazaxıstan, Belarus və digər dövlətlərin nümayəndələri sərgidə fəal iştirak edəcəklər. Təşkilatçıların sözlərinə görə, “Qızıl payız” yubiley sərgisində Rusiyanın 60-dan çox regionundan və 15 xarici ölkədən nümayəndələr bu və ya digər formatda öz iştiraklarını planlaşdırıblar.
Rusiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan sərgi “Sərhədsiz imkanlar” devizi altında keçiriləcək.