AppLab iştirakçıları üçün blokçeyn texnologiyasına həsr olunmuş seminar keçirilib
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" özünün AppLab inkubasiya proqramının iştirakçıları üçün blokçeyn texnologiyasına həsr olunmuş seminar təşkil edib.
YeniAvropa xəbər verir ki, “Gələcəyin texnologiyası: blokçeyn və blokçeyn startapının yaradılması” adlı seminarda yerli startapçılara blokçeyn texnologiyasının iş prinsipləri və onun müxtəlif layihələrə inteqrasiya edilməsi imkanları barədə geniş məlumat verilib.
“Blokçeyn texnologiyası yeni yarananda startapçılar bu yeniliyin hansı sahələrdə tətbiq oluna biləcəyini tam şəkildə başa düşmürdülər. Lakin bu gün blokçeyn üzərində qurulmuş startaplara daha tez-tez rast gəlinir. Biznes sahibi olan gənc startapçılar onun imkanlarını öynənməlidirlər. Çünki bu texnologiya sayəsində xeyli gəlir əldə etmək mümkündür. Blokçeyn artıq gələcəyin əlçatan texnologiyasıdır və biz onu öyrənib real həyatda tətbiq etməyə bacarmalıyıq”, -deyə AppLab proqramının məzunu, müxtəlif uğurlu layihələrin müəllifi, WAVES platformasının səfiri və Blokçeyn üzrə təlimçi Orxan Əhmədov bildirib.
AppLab proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. İştirakçılar müvafiq təlimlərlə yanaşı, şirkətin AppLab Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. AppLab Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.
İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə onların inkişafı və innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan şəraitin yaradılması və məsləhətlər ilə dəstək göstərməyə həmişə hazırdır.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb