logo

Azərbaycan məhsulları Qətər sərgisində

21:58 08-10-2018 | icon 2786
Azərbaycan məhsulları Qətər sərgisində

Oktyabrın 8-də Qətərin paytaxtı Doha şəhərində "Birinci Beynəlxalq məhsullar" sərgisinin açılışı olub. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Qətərdəki səfirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə ölkəmizin məhsulları "Birinci Beynəlxalq məhsullar" sərgisində təqdim olunur.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, 10 ölkənin şırkətlərinin iştirak etdiyi sərgidə qida, tekstil, sənaye, dizayn və digər sahələrdə fəaliyyət göstərən 18 Azərbaycan şirkəti fərdi qaydada iştirak edir.

Digər sərgilərdə olduğu kimi "Birinci Beynəlxalq məhsullar" sərgisində də Azərbaycan məhsulları xarici şirkətlər və sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanır və məhsullarımızın ixracına dair ilkin danışıqlar aparılır.

Qeyd edək ki, Qətərin "Birinci Beynəlxalq məhsullar" sərgisi oktyabrın 10-da başa çatır.