Aparılacaq təmir işləri ilə əlaqədar olaraq oktyabrın 8-də axşam saat 23:00-dan oktyabrın 9-u saat 06:00-a qədər (7 saat) Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində hərəkət məhdudlaşdırılacaq.
YeniAvropa xəbər verir ki, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib ki, qurum vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə əvvəlcədən üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edir.