Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 21 elektrik sayğacı yanıb.
Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib, üçü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.