logo

Bakıda Azərbaycan və Estoniyanın iş adamlarının görüşü keçirilib

17:24 06-10-2018 | icon 2947
Bakıda Azərbaycan və Estoniyanın iş adamlarının görüşü keçirilib

Bakıda keçirilən Azərbaycan-Estoniya işgüzar görüşündə hər iki ölkənin iş adamları ixrac məsələlərini müzakirə ediblər.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) YeniAvropa-ya bildiriblər ki, işgüzar görüşdə hər iki tərəfdən İKT, sənaye, meşə təsərrüfatı, səhiyyə, turizm, tikinti və mühəndislik, təhsil, konsaltinq, daşınmaz əmlak və digər sahələrdə fəaliyyət göstərən 70-dən artıq şirkətin nümayəndəsi iştirak edib.