Prezident İlham Əliyev noyabrın 18-də dünyanın bir sıra şəhərlərində Azərbaycan Respublikasının baş konsullarının təyin edilməsi haqqında sərəncamlar imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Həmin sərəncamlarla Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində, Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində, Ayxan Firudin oğlu Süleymanlı isə Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulları vəzifələrinə təyin ediliblər.