2025-ci ilin dövlət büdcəsində kənd təsərrüfatına 1,172 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. 2021-ci illə müqayisədə bu, 29 faizə yaxın artım deməkdir.
YeniAvropa xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov parlamentin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin noyabrın 18-də keçirilən iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, kənd təsərrüfatı xərclərinin 45 faizi və yaxud 528 milyon manatı ölkənin ərzaq təhlükəsizliyi tədbirlərinin maliyyə təminatına sərf ediləcək. Cari illə müqayisədə bu, 5 faiz artım deməkdir. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması kənd təsərrüfatı xərclərinin tərkib hissəsi olmaqla, xərclərin 43,6 faizi və yaxud 511 milyon manatı müasir suvarma üsullarının tətbiqinə, subartezian quyularının saxlanılmasına və digər meliorasiya tədbirlərinə yönəldiləcək. Cari illə müqayisədə bu göstərici 2,2 faiz çox deməkdir. Digər tədbirlər üçün kənd təsərrüfatı xərclərinin 11,4 faizli həcmində və yaxud 133 milyon manat vəsait ayrılacaq. Buraya baytarlıq tədbirləri, kənd təsərrüfatı heyvanlarının, bitkilərin sığortalanması və kənd təsərrüfatı sahəsində maddi-texnik təminatın möhkəmləndirilməsi kimi tədbirlər daxildir